XTQ-nin yaradılmasından 27 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 27-ci ildönümüdür.XTQ 1999-cu il aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsində iştirak etmiş peşəkar zabit və gizirlər mühüm rol oynayıblar.XTQ bölmələri 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində xüsusi peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib. Şuşa əməliyyatı isə XTQ-nin ən mühüm hərbi uğurlarından biri hesab olunur. Vətən müharibəsində iştirak edən XTQ hərbçilərindən 36 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 2 nəfər “Zəfər” ordeninə, 57 nəfər isə “Qarabağ” ordeninə layiq görülüb.
url:
http://kepezfm.az/xeberler/xtq-nin-yarad%C4%B1lmas%C4%B1ndan-27-il-%C3%B6t%C3%BCr

