Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı Fərmanda dəyişiklik edilib
Prezident İlham Əliyev yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı yeni fərman imzalayıb.Yeni qaydalara əsasən, Baş nazir, nazirlər, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici səfərləri Prezidentlə razılaşdırılacaq. Səfərlərin nəticələri barədə dövlət başçısına hesabat təqdim ediləcək. Həmçinin səfər proqramı, xərclər, maliyyə mənbəyi və gözlənilən nəticələr barədə məlumat ən azı 15 iş günü əvvəl təqdim olunmalıdır.
url:
http://kepezfm.az/xeberler/y%C3%BCks%C9%99k-s%C9%99viyy%C9%99li-n%C3%BCmay%C9%99nd%C9%99-hey%C9%99tl%C9%99rinin-s%C9%99f%C9%99rl%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-f%C9%99rmanda-d%C9%99yi%C5%9Fiklik-edilib

