Yılmaz Erdoğan iddiaları yalanladı
Aktyor və rejissor Yılmaz Erdoğan yayılan boşanma xəbərlərinə cavab verib: "Hazırda gündəmimizdə belə bir məsələ yoxdur. Nə bir sənəd, nə bir müraciət, nə də məhkəmə var. Biz açıqlama verməkdən yorulduq".
Qeyd edək ki, 3 ildir cütlüyün boşanması haqda məlumatlar yayılır.
Ayşən Zeynallı