Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır
Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, 6 fakültə üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq. Emin Əmrullayev bildirib ki, əməkhaqqının orta göstəricidən artıq olması nəzərdə tutulur. "Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssislərin də orada görməyi çox istəyirik".
url:
http://www.kepezfm.az/xeberler/yax%C4%B1n-5-ild%C9%99-qaraba%C4%9F-universitetind%C9%99-t%C9%99l%C9%99b%C9%99-say%C4%B1n%C4%B1n-5-min-n%C9%99f%C9%99r%C9%99-%C3%A7atd%C4%B1r%C4%B1lmas%C4%B1