Yeni il tətilində regionlara dəmir yolu ilə əlavə reyslər təyin edilib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabrdan 6 yanvaradək əlavə qatarlar təyin edilib. Bakıdan 7:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/yeni-il-t%C9%99tilind%C9%99-regionlara-d%C9%99mir-yolu-il%C9%99-%C9%99lav%C9%99-reysl%C9%99r-t%C9%99yin-edilib