Yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yeni tədris ili üçün sənəd qəbulu başlayır.Müraciətlər bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul olunur.Sənəd qəbulu iyunun 5-i saat 18:00-dək davam edəcək.Xatırladaq ki, yanvarın 12-də Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.
url:
http://kepezfm.az/xeberler/yeni-t%C9%99dris-ili-%C3%BCzr%C9%99-xaricd%C9%99-t%C9%99hsill%C9%99-ba%C4%9Fl%C4%B1-s%C9%99n%C9%99d-q%C9%99bulu-ba%C5%9Flay%C4%B1r

