Yeraltı avtodayanacaqlarda elektrik doldurma qurğularının kortəbii quraşdırılması yanğın riskini artırır- FHN
FHN bildirir ki, elektrikli nəqliyyat vasitələri üçün doldurma qurğularının norma və qaydalara uyğun olmayan şəkildə quraşdırılması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və yanğına səbəb ola bilər. Xüsusilə yeraltı avtodayanacaqlarda uyğun olmayan kabel və avadanlıqlardan istifadə, kabellərin düzgün çəkilməməsi və yanğın mühafizəsinin təmin olunmaması təhlükəni artırır.Nazirlik qurğuların yalnız texniki və təhlükəsizlik tələblərinə uyğun quraşdırılmasını, zədələnmiş avadanlıqlardan istifadə edilməməsini və onların texniki vəziyyətinə mütəmadi nəzarət olunmasını tövsiyə edir. Cihazda və ya kabeldə zədə, yanıq qoxusu, tüstü və qeyri-adi səs müşahidə edilərsə, qurğudan istifadə edilməməlidir.
url:
http://kepezfm.az/xeberler/yeralt%C4%B1-avtodayanacaqlarda-elektrik-doldurma-qur%C4%9Fular%C4%B1n%C4%B1n-kort%C9%99bii-qura%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-yan%C4%9F%C4%B1n

