Yevlaxda ağır yol qəzası baş verib
Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.24 yaşlı Oruc Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobil, yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və onun 30 yaşlı sərnişini Emil Paşayev xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına mütəmadi nəzarət etməyə, nasaz avtomobillərlə yola çıxmamağa və sürət həddinə ciddi əməl etməyə çağırıb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/yevlaxda-a%C4%9F%C4%B1r-yol-q%C9%99zas%C4%B1-ba%C5%9F-verib

