Yevlaxda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gecə Yevlaxda fərdi yaşayış evlərin birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirova öldürülüb. İİlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadına kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub. Faktla bağlı cinayət işi başlanılıb.
url:
http://www.kepezfm.az/xeberler/yevlaxda-h%C9%99yat-yolda%C5%9F%C4%B1n%C4%B1-%C3%B6ld%C3%BCrm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b