Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə görülən minatəmizləmə işləri açıqlanıb
Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə görülən minatəmizləmə işləri açıqlanıb. ANAMA-dan bildirilib ki, qeyd edilən istiqamətlərdə bir sıra minatəmizləmə layihələri həyata keçirilib. Onlardan Horadiz-Ağbənd avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu, Füzuli-Zəngilan avtomobil yolu, Zəngilan rayonunun Ağbənd kəndinin yenidən qurulması, "Mincivan - Ağbənd" qaz tənzimləyici məntəqənin və qaz kəmərinin xətti hissəsinin tikintisi ilə bağlı ərazinin təmizlənməsi və sair kimi layihələr icra edilib.
url:
http://kepezfm.az/xeberler/z%C9%99ng%C9%99zur-d%C9%99hlizinin-ke%C3%A7%C9%99c%C9%99yi-%C9%99razil%C9%99rd%C9%99-g%C3%B6r%C3%BCl%C9%99n-minat%C9%99mizl%C9%99m%C9%99-i%C5%9Fl%C9%99ri-a%C3%A7%C4%B1qlan%C4%B1b

