Zəngəzurdan keçəcək enerji xətti Türkiyənin regional hab rolunu artıracaq
Zəngəzur üzərindən keçəcək yeni elektrik bağlantısının Türkiyənin regional enerji habı rolunu daha da gücləndirəcək.Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov WUF 13 çərçivəsində çıxışında deyib.Yeni enerji bağlantısı Xəzər regionunun enerji resurslarını Ermənistan üzərindən Naxçıvan vasitəsilə Türkiyəyə çatdıracaq.Pərviz Şahbazov çıxışında Azərbaycan və Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlıq modelinin formalaşdığını vurğulayıb.Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinin hazırda etibarlı və proqnozlaşdırılan enerji marşrutları sırasında yer aldığını, bu layihələrin bütövlükdə regionu Avrasiyanın enerji infrastrukturunun əsas sütunlarından birinə çevirib.
url:
http://kepezfm.az/xeberler/z%C9%99ng%C9%99zurdan-ke%C3%A7%C9%99c%C9%99k-enerji-x%C9%99tti-t%C3%BCrkiy%C9%99nin-regional-hab-rolunu-art%C4%B1racaq

