Zabuxda torpaqların əkin üçün istifadəyə verilməsi ilə bağlı müraciətlərin qəbulu başlayır
Bu gündən Laçın rayonunun Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi eagro.az saytı ilə müraciətlərin qəbuluna başlanılır. Kənddə məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi oktyabrın 25-i günün sonuna qədər davam edəcək.
url:
http://kepezfm.az/xeberler/zabuxda-torpaqlar%C4%B1n-%C9%99kin-%C3%BC%C3%A7%C3%BCn-istifad%C9%99y%C9%99-verilm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-m%C3%BCraci%C9%99tl%C9%99rin-q%C9%99bulu-ba%C5%9Flay%C4%B1r