Zakir Həsənov və Hulusi Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Müdafiə naziri Zakir Həsənov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir, ölkələr arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb. Xarici işlər naziri Ceyhun Bayramov da Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
url:
http://www.kepezfm.az/xeberler/zakir-h%C9%99s%C9%99nov-v%C9%99-hulusi-akar-regional-t%C9%99hl%C3%BCk%C9%99sizlik-m%C9%99s%C9%99l%C9%99l%C9%99rini-m%C3%BCzakir%C9%99-edibl%C9%99r