Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri arasında telefon danışığı olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub. Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Yoav Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib. Tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Fərid Mehdiyev
url:
http://kepezfm.az/xeberler/zakir-h%C9%99s%C9%99novla-israil-d%C3%B6vl%C9%99tinin-m%C3%BCdafi%C9%99-naziri-aras%C4%B1nda-telefon-dan%C4%B1%C5%9F%C4%B1%C4%9F%C4%B1-olub