Zaqatalada 3 uşağı maşın vurdu - İkisi öldü
Zaqatalanın Göyəm kəndində hərəkətdə olan “Mercedes” avtomobili yerli sakin olan üç məktəblini vurub. 11 yaşlı Ramazan İsayev və yaşıdı Kamal Permadov hadisə yerində ölüblər. Onların sinif yoldaşları, İbrahim İbrahimzadə isə xəstəxanaya yerləşdirilib. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib. Fakt bağlı cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/zaqatalada-3-u%C5%9Fa%C4%9F%C4%B1-ma%C5%9F%C4%B1n-vurdu-ikisi-%C3%B6ld%C3%BC