Zirə” “Kəpəz”i doğma meydanda qəbul edə bilməyəcək
Azərbaycan Premyer Liqasının 27-ci turunda keçiriləcək “Zirə” – “Kəpəz” oyununun yeri dəyişdirilib. Qarşılaşma Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq. Paytaxt təmsilçisinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün mütəxəssis rəyləri nəzərə alınaraq bu addım atılıb. Görüş martın 16-sı saat 16-da başlayacaq.
url:
http://www.kepezfm.az/xeberler/zir%C9%99%E2%80%9D-%E2%80%9Ck%C9%99p%C9%99z%E2%80%9Di-do%C4%9Fma-meydanda-q%C9%99bul-ed%C9%99-bilm%C9%99y%C9%99c%C9%99k