Zoonoz xəstəlik şübhəsi olan heyvanların Azərbaycana idxalının qarşısı alınıb
AQTA Gürcüstandan Azərbaycana istənilən zoonoz xəstəlik şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb.“Qırmızı Körpü” nəzarət məntəqəsində aparılan müayinə zamanı 134 baş iribuynuzlu heyvandan ikisində yüksək hərarət, zəiflik və müvazinət pozuntusu aşkarlanıb. Risk nəzərə alınaraq yük partiyasının ölkəyə girişinə icazə verilməyib və heyvanlar geri qaytarılıb.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idxalçı şirkətlərə prosedurlara ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edib.
url:
http://kepezfm.az/xeberler/zoonoz-x%C9%99st%C9%99lik-%C5%9F%C3%BCbh%C9%99si-olan-heyvanlar%C4%B1n-az%C9%99rbaycana-idxal%C4%B1n%C4%B1n-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b

